Azərbaycanda I rübdə sahibkarlara 100 mln. dollardan artıq güzəştli kreditlər verilib

Azərbaycanda I rübdə sahibkarlara 100 mln. dollardan artıq güzəştli kreditlər verilib
# 03 may 2013 10:37 (UTC +04:00)

«APA-Economics»in SKMF-a istinadən verdiyi məlumata görə, verilmiş kreditlər 660 layihənin icrası üçün ayrılıb ki, bunlardan 586-sı kiçik həcmli, 20-si isə böyük həcmli kreditlər olub. Belə ki, kiçik həcmli kreditlərin ümumi məbləği 7 272,3 min manat, iri həcmli kreditlərin məbləği isə 74 074,0 min manat təşkil edib.

Hesabat dövründə SKMF tərəfindən sahibkarlara 40 531, min manat müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 27 layihənin icrasına, 2 700,0 min manat kənd təsərrüfatı məhsullarının emalı sahəsində 2 layihənin icrasına və 38 115,3 min manat kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 577 layihənin icrasına ayrılıb.

Qeyd edək ki, cari ilin ilk rübündə Fond tərəfindən ayrılan güzəştli kreditlər hesabına 2 384 yeni iş yerinin yaradılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR