Paşha Bank
Bank Of Baku

Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir

Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
# 29 noyabr 2026 20:54 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ-la danışıqlara dair iki günlük planının hələ də qüvvədə olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə İranın “IRNA” agentliyi məlumat yayıb.

Məlumata görə, Əraqçi jurnalistlərə açıqlamasında planın balanslı olduğunu, həm Tehranın tələb və gözləntilərini, həm də qarşı tərəfin mövqeyini nəzərə aldığını deyib.

Nazir Qətər və Pakistanın İranla ABŞ arasında vasitəçilik səylərini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, bu ölkələr planın həyata keçirilməsi ilə bağlı fikir və təklifləri mütəmadi olaraq tərəflərə çatdırırlar.

Əraqçi onu da qeyd edib ki, diplomatik təmaslar davam etsə də, hələlik planın icrasına başlanması mərhələsinə çatmayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR