Beynəlxalq Futbol Federasiyası (FIFA) ilk laureatı ABŞ Prezidenti Donald Tramp olan Sülh Mükafatını ləğv etməyi və ya onun adını dəyişdirməyi nəzərdən keçirir.
Bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Bildirilib ki, FIFA bu yaxınlarda müvafiq komitəyə mükafatın təsis edilməsinin səbəblərini və onun mövcudluğunun məqsədəuyğunluğunu araşdırmağı tapşırıb.
Nəşrin üç yüksəkvəzifəli futbol rəsmisinə istinadən yaydığı məlumata görə, təşkilat mükafatın ləğvinə və ya adının dəyişdirilməsinə meyillidir.
Mənbələrdən ikisi bu təşəbbüsün FIFA Prezidenti Canni İnfantino ilə Donald Tramp arasındakı sıx münasibətlər və mükafatın gələcəkdə kimə təqdim ediləcəyi ilə bağlı narahatlıqlardan irəli gəldiyini bildirib.
Qeyd edək ki, FIFA Sülh Mükafatının təsis edildiyini 2025-ci il noyabrın 5-də açıqlayıb.
Mükafat ilk dəfə həmin il dekabrın 5-də dünya çempionatının püşkatma mərasimi zamanı Donald Trampa təqdim olunub.