Media nümayəndələri şəhid jurnalistlərin məzarlarını ziyarət ediblər - FOTO

Media nümayəndələri şəhid jurnalistlərin məzarlarını ziyarət ediblər - <span style="color: red;">FOTO
# 25 fevral 2015 07:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Mətbuat Şurası (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə media təmsilçiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

MŞ-dan APA-ya verilən məlumata görə, şəhid jurnalistlər, Milli qəhrəmanlar Alı Mustafayev, Salatın Əsgərova, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və Kazımağa Kazımovun məzarları ziyarət olunub, xatirələri ehtiramla yad edilib.

MŞ Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Tapdıq Abbas və digər media təmsilçiləri şəhid jurnalistlər barədə xatirələrini bölüşüblər.

Macarıstandan olan media qrupunun üzvləri də anım mərasimində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR