Sergey Narışkin: “40 ölkənin Avrasiya Birliyi ilə azad ticarət zonası yaratmaq planı var”

Sergey Narışkin: “40 ölkənin Avrasiya Birliyi ilə azad ticarət zonası yaratmaq planı var”
# 24 noyabr 2014 09:17 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “40 ölkənin Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası yaratmaq planı var”.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Astanada beynəlxalq konfransda deyib.

“MDB-nin 5 ölkəsi artıq öz seçimini edib və Avrasiya Birliyinə qoşulub. Daha 40 ölkə isə Avrasiya Birliyi ilə azad ticarət zonasının yaradılması arzusunda olduğunu bəyan edib”, - deyə o vurğulayıb.

Müxtəlif ölkələrin Avrasiya Birliyinə maraq göstərdiyini deyən S. Narışkin təşkilatın güclənəcəyinə və böyüyəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, hazırda Rusiya, Qazaxıstan, Belarus və Ermənistan Avrasiya Birliyinin üzvüdür. Qırğızıstanın da yaxın zamanlarda təşkilata üzv olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR