Qeyri-həyat sığortası bazarında yığım 14%, ödəniş 36% artıb

Qeyri-həyat sığortası bazarında yığım 14%, ödəniş 36% artıb
# 23 fevral 2015 08:11 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. 2015-ci ilin yanvar ayında Azərbaycanda sığorta haqlarının 54,7 mln. manatı və ya 87%-i qeyri-həyat sığortasının payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 14,2% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların təxminən 48,7%-i və yaxud 26,7 mln. manatı tibbi sığortanın, 10,3%-i və ya 5,6 mln. manatı hava nəqliyyatı vasitələrinin sığortasının, 9,3%-i və ya 5,1 mln. manatı avtomobillərin icbari sığortasının, 7,5%-i və ya 4,1 mln. manatı əmlakın yanğından risklərdən sığortasının, 7,5%-i və ya 4,1 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 5,7%-i və ya 3,1 mln. manatı kasko sığortanın, qalan 11% və ya 6 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Ötən ay sığorta bazarındakı ödənişlərin 93,7%-i və ya 9,7 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2014-cü ilin eyni dövrünə nisbətən 35,8% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 41,7%-i və ya 4 mln. manatı tibbi sığortanın, 24,4%-i və ya 2,4 mln. manatı kasko sığortanın, 22,2%-i və ya 2,2 mln. manatı avtomobillərin icbari sığortasının, qalan 11,7%-i və ya 1,1 mln. manatı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 17,7 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar ayında 14,9 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR