Bakı məktəblərinin müəllimləri üçün növbəti sınaq qiymətləndirməsi keçirilir

Bakı məktəblərinin müəllimləri üçün növbəti sınaq qiymətləndirməsi keçirilir
# 20 sentyabr 2014 08:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakı məktəblərinin müəllimləri üçün növbəti sınaq qiymətləndirməsi keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib.


Üzürlü səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün bu gün sınaq qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulub. Ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla 1753 müəllim sınaq qiymətləndirilməsində iştirak edəcək.


Qeyd edək ki, qiymətləndirmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR