ABB İslam bankçılığı üçün 60-70 mln. dollar cəlb edib

ABB İslam bankçılığı üçün 60-70 mln. dollar cəlb edib
# 29 aprel 2013 10:53 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığının tətbiqi çərçivəsində indiyədək İslam maliyyə mənbələrindən 60-70 mln. ABŞ dolları həcmində vəsait cəlb edib. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Onun sözlərinə görə, artıq bank şəriət qaydalarına uyğun kreditlərin verilməsinə başlayıb. C.Hacıyev bildirib ki, hazırda bankın mütəxəssisləri beynəlxalq maliyyə təşkilatları ilə birlikdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayırlar: «Bu iş başa çatandan sonra biz bu təkliflərlə Mərkəzi Bank qarşısında çıxış edəcəyik».

C.Hacıyevin sözlərinə görə, ümumiyyətlə İslam bankçılığı Azərbaycanda qadağan edilmədiyinə görə, ABB bu fəaliyyətə başlayıb. Lakin hələlik mövcud qanunvericiliklə bu fəaliyyət həm də tənzimlənmir: «Sözsüz ki, dünya praktikasına əsasən bu fəaliyyət də tənzimlənməlidir».

ABB rəhbəri qeyd edib ki, bu sahədə dünya təcrübəsindən, o cümlədən HSBC bankının «İislam pəncərəsi» sxemindən istifadə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR