Sumqayıtda üçmərtəbəli yaşayış binasında yanğın nəticəsində sakinlər təxliyə olunub

Sumqayıtda üçmərtəbəli yaşayış binasında yanğın nəticəsində sakinlər təxliyə olunub
# 20 noyabr 2014 23:57 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan, 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 1 ədəd soyuducu və mətbəx əşyaları 5 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mənzillərdən 16 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR