Poroşenko BMT-ni Donbasa sülhməramlı missiya yollamağa çağırıb

Poroşenko BMT-ni Donbasa sülhməramlı missiya yollamağa çağırıb
# 08 may 2015 00:46 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin Polşada bu ölkənin prezidenti Bronislav Komorovski və BMT-nin baş katibi Pan Qi Mun ilə keçirilmiş görüşün yekunlarına dair açıqlamasında bildirilir.

“Poroşenko qeyd edib ki, BMT Donbasda vəziyyətin nizamlanmasında böyük rol oynamalıdır və oraya sülhməramlı missiya göndərməlidir”, deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, tərəflər təmas xəttində texnikanın geri çəkilməsi və atəşkəsin təmin edilməsi ilə bağlı Minsk sazişinin müddəalarının icrasının verifikasiyasının (tələblərin yerinə yetirildiyinin təsdiqlənməsi) həyata keçirilməsində çətinliklərin olduğunu qeyd ediblər. Poroşenko həmçinin münaqişə zonasında ağır humanitar vəziyyətin yarandığını və humanitar yardımın çatdırılmasında ciddi problemlərin olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR