Düşmən təxribatı nəticəsində Azərbaycan əsgəri şəhid olub

Düşmən təxribatı nəticəsində Azərbaycan əsgəri şəhid olub
# 05 iyul 2016 13:35 (UTC +04:00)

Bakı - APA. Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində Azərbaycan əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR