“Azəryolservis”: Parklanma qaydalarını pozan avtomobillər təmir işlərini həyata keçirməyə imkan vermir - VİDEO

“Azəryolservis”: Parklanma qaydalarını pozan avtomobillər təmir işlərini həyata keçirməyə imkan vermir - <span style="color: red;">VİDEO
# 08 aprel 2015 07:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Parklanma qaydalarını pozan nəqliyyat vasitələri təmir-tikinti işlərini aparmağa imkan vermir”.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev bildirib.

“20 yanvar dairəsindəki köməkçi yoldan Tbilisi prospektinə çıxmaq mümkün deyil. Yolun bir neçə zolağında park edilən avtomobillər həmin yoldan digər yola getməyi mümkünsüz edir”, - deyə P. Mürsəliyev bildirib.

Qurum rəsmisi 3-cü mikrorayon bazarının qarşısında yaranmış problemdən və nəqliyyat vasitələrinin “Azəryolservis” ASC-nin işinə yaratdığı maneələrdən danışıb: “3-cü mikrorayon bazarının qarşısında avtomobillərin park edilməsi başqa bir problemə səbəb olur. Belə ki, bazarın qarşısında park edilmiş avtomobillərin yenidən oradan yola çıxması sıxlığa səbəb olur. Bundan başqa gecə saatlarında yollarda xətlənmə işlərinin aparılması mümkün deyil. Həmin radələrdə yolda park edilmiş avtomobilləri həmin ərazidən heç cürə kənarlaşdıra bilmirik. Dövlət Yol Polisi əməkdaşları əraziyə gəlsə də vəziyyəti dəyişmək mümkün deyil. Hətta avtomobillər yeni rənglənmiş xəttin üzərindən keçərək təzə rənglənmiş boyanı yararsız vəziyyətə salır. Bunun nəticəsində nə xətlənmə işlərini həyata keçirə bilirik, nə cari təmir işləri görə bilirik”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR