Xəzər İnvestisiya Mərkəzi və «Robopartans» şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Xəzər İnvestisiya Mərkəzi və «Robopartans» şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
# 29 aprel 2013 14:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Xəzər İnvestisiya Mərkəzi və Bolqarıstanın «Robopartans» şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev bildirib.

Onun sözlərinə görə, tərəflər arasında artıq ilkin razılıq əldə olunub və yaxın 15 gün ərzində sənəd imzalanacaq: «Biz «Robopartans» şirkətini Azərbaycanda françayzinq əsasında təmsil edəcəyik. Əməkdaşlıq çərçivəsində Azərbaycanda «Robopartans»ın mərkəzi yaradılacaq və daha sonra ölkənin regionlarında bu mərkəzin lokal şəbəkəsi təşkil olunacaq. Mərkəzdə 8-18 yaş arası uşaq və yeniyetmələrə proqram təminatı, hazır konsepsiya əsasında robotların yığılması öyrədiləcək, kurikulum, kompüter sahəsində təhsilin verilməsi təmin olunacaq. Ümid edirəm ki, mərkəzin işi Azərbaycan uşaq və gənclərinin məntiqi və əqli inkişafına təkan verəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR