Şəkidə yol qəzası baş verib, bir nəfər xəsarət alıb - FOTO - VİDEO

Şəkidə yol qəzası baş verib, bir nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2014 21:37 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayonu Baş Göynük kənd sakini, 1966-cı il təvəllüdlü Şahid Knyaz oğlu Məmmədov idarə etdiyi “NAZ-LİFAN” markalı 10 PT 655 dövlət nömrə nişanlı avtomobillə Şəkidən Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Maşın yol kənarındakı tikiliyə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, sürücü Şahid Məmmədovun qardaşı 53 yaşlı Zahid Məmmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralı Zahid Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir, müalicəsi xəstəxanada aparılır.

Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR