Serj Sarkisyan: “Türkiyə ilə imzalanmış protokolların parlamentdən geri çəkməyi ciddi şəkildə düşünürük”

Serj Sarkisyan: “Türkiyə ilə imzalanmış protokolların parlamentdən geri çəkməyi ciddi şəkildə düşünürük”
# 25 sentyabr 2014 09:56 (UTC +04:00)

S. Sarkisyan bildirib ki, Ermənistan heç vaxt Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün “soyqırım”ın tanınması şərtini irəli sürməyib. O, təşəbbüskarı olduqları prosesin Sürixdə protokolların imzalanması ilə nəticələndiyini, lakin bu protokolların artıq xeyli vaxtdır Türkiyə parlamentində ratifikasiya olunmağı gözlədiyini söyləyib: “Rəsmi Ankara açıq bəyan edir ki, bu protokolları yalnız o halda ratifikasiya edəcək ki, ermənilər Dağlıq Qarabağı Azərbaycana versin. Ermənistanda və Qarabağda sadə insanlar bu şərtə çox sadə şəkildə reaksiya verir – lənətə gəlsin belə ratifikasiya. Belə şəraitdə biz protokolları parlamentdən geri çəkməyi ciddi şəkildə düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR