«Bank of Baku»dan milyonuncu krediti alan müştəriyə kruiz səyahəti hədiyyə olunacaq

«Bank of Baku»dan milyonuncu krediti alan müştəriyə kruiz səyahəti hədiyyə olunacaq
# 29 mart 2013 08:32 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın bank bazarında aparıcı maliyyə təsisatlarından olan «Bank of Baku» bu yaxınlarda 1 milyonuncu kreditini verəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, sayca 1 milyonuncu krediti rəsmiləşdirən müştəriyə möhtəşəm mükafat ayrılacaq.

Kreditlərin sayı barədə məlumat promo-aksiya üçün xüsusi hazırlanmış www.milyoncukimidincel.com səhifəsində canlı olaraq yenilənir. Bu saytda kredit üçün onlayn ərizə forması da əksini tapıb. Bank tərəfindən milyonuncu kreditin ayrılmasına az bir zaman qalıb.

Beləliklə, «Bank of Baku»dan milyonuncu kredit alacaq şəxs bank tərəfindən müəyyən edilərək ona və ona yaxın digər bir şəxsə Aralıq dənizinə kruiz səfəri mükafatı təqdim ediləcək. Haqqı bank tərəfindən ödəniləcək səyahət zamanı qalib müştəri yaxını ilə birgə Türkiyə, İtaliya, Yunanıstan və digər hövzə ölkələrinin əsrarəngiz gözəllikləri ilə əyani şəkildə tanış ola biləcək. Səyahət paketinə qida, gəmidə əyləncə proqramı, dənizə açılan pəncərəli kayutada qalma daxildir. Bundan savayı, qalib müştəri və yaxını səyahət müddəti üçün tibbi sığorta, kruizin başlayacağı İstanbul şəhərinə aviabilet və digər üstünlüklərlə təmin ediləcəklər. Aralıq dənizinə səyahət mükafatını hər bir Azərbaycan vətəndaşı qazana bilər.

Mükafat kampaniyası ilə daha ətraflı şəkildə tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək və bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR