Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 10% artıb

 Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 10% artıb
# 12 noyabr 2015 11:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu –APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 134 mln. 284 min 55 manat təşkil edib.

APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12 365,07 min manat və ya 10,14% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 33 880 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 92 324,56 mln. manat, aksizlər üzrə 6 227,8 mln. manat, yol vergisi üzrə isə 1 852,19 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR