Neftçala sakininin həyətində narkotik əkib-becərdiyi müəyyənləşib

Neftçala sakininin həyətində narkotik əkib-becərdiyi müəyyənləşib
# 04 iyul 2016 08:03 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayon sakini həyətində külli miqdarda narkotik əkib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Rayon Plis Şöbəsi əməkdaşlarının “Xaş-xaş - 2016” tədbirlər planı çərçivəsində həyata keçirdikləri əməliyyat zamanı Aşağı Qaramanlı kənd sakini, 1967-ci il təvəllüdlü Fərəcov Məhərrəm Kamil oğlunun həyətyanı sahəsindən 43 ədəd, ümumi çəkisi 10 kiloqram olan çətənə kolları aşkarlanıb. Ekspertizanın rəyinə əsasən, çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR