Ötən il Azərbaycanda bir milyondan çox vətəndaşa şəxsiyyət vəsiqəsi verilib

Ötən il Azərbaycanda bir milyondan çox vətəndaşa şəxsiyyət vəsiqəsi verilib
# 05 mart 2015 15:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ötən il Azərbaycanda bir milyondan çox vətəndaşa şəxsiyyət vəsiqəsi verilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi illik hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, ölkə üzrə yeni nəsil pasportların verilməsinə başlandığı dövrdə (2013-cü ilin sentyabr ayından 31 dekabr 2014-cü ilədək) ümumilikdə 558 min 869 nəfər ümumvətəndaş pasportu ilə təmin edilib.

Hesabatda həmçinin qeyd olunur ki, 2014-cü ildə 1 milyon 165 min 565 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Onlardan 469 min 756-sı ASAN Xidmət mərkəzləri tərəfindən verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR