Qəbələ rayon sakinindən sənədsiz ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nic qəsəbə sakini Ş.İmanovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.