Bakı-APA. Ağdaş şəhərində ikimərtəbəli inzibati binada yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə 2 ədəd çarpayı yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər xilas edilib.