Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib
# 30 mart 2015 10:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakini həmyerlisini bıçaqlayıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 29-da Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Elvin Bayramov münaqişə zəminində həmyerlisi Vüsal İsmayılova bıçaqla xəsarət yetirib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bayramov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR