Azərbaycan prezidenti Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət nazirini qəbul edib

Azərbaycan prezidenti Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət nazirini qəbul edib
# 20 sentyabr 2014 11:37 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Devid Livinqtonu qəbul edib.


APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, dinamik inkişaf edən əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, qeyri-neft sektoru, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrinin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR