FHN Bakıda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Bakıda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb
# 20 noyabr 2015 05:11 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi Bakıda gecə saatlarında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində baş verib. Nəticədə pilləkən qəfəsində quraşdırılmış 24 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR