Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 30 may 2015 15:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə həddindən artıq dərman həbi qəbul edən qadın zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Xanım Tomiyeva dərmandan zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Tibbi yardım göstərildikdən sonra 30 yaşlı qadının vəziyyəti normallaşıb. Araşdırma zamanı məlum olub ki, X. Tomiyeva başağrısına qarşı bir neçə ədəd ağrıkəsici dərman həbi qəbul edib və nəticədə zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR