Meksikada keçirilən Livan mədəniyyət günləri çərçivəsində Fikrət Əmirovun əsəri səslənib

Meksikada keçirilən Livan mədəniyyət günləri çərçivəsində Fikrət Əmirovun əsəri səslənib
# 03 mart 2015 07:17 (UTC +04:00)

Bakı - APA. Meksikanın paytaxtı Mexiko şəhərində Livan Respublikasının milli bayramı çərçivəsində Livan mədəniyyət günləri keçirilib.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən APA-ya verilən məlumata görə, mədəniyyət tədbirləri zamanı bir neçə konsert proqramı baş tutub.

Mexiko Şəhər Teatrında (Teatro de la Ciudad) Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko Şəhər Filarmonik Orkestrinin ifasında xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun “Ərəb mövzularında konserti” adlı əsəri təqdim olunub. Orkestr tərəfindən həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa olunub. Orkestri livanlı bədii rəhbər və baş dirijor, Lubnan Baalbaki idarə edib.

F.Əmirovun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, parlaq və şəffaf orkestrləşdirilməsi, təravətliliyi və sözün əsl mənasında xəlqiliyi ilə dinləyiciləri özünə cəlb edib, “Ərəb mövzularında konserti” əsərinin ifası alqışlarla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR