“Azər-Türk Bank”da əhalinin əmanətləri artıb

“Azər-Türk Bank”da əhalinin əmanətləri artıb
# 15 iyul 2014 10:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin II rübündə “Azər-Türk Bank”ın aktivlərinin həcmi 97,931 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,49% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,12% artaraq 66,050 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 31,613 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 31,52% çoxdur.

2014-cü ilin iyul ayının 1-nə bankın ipoteka kreditlərinin həcmi 1,318 mln. manat olub ki, bunun da 0,765 mln. manatını İpoteka Fondunun xətti ilə verilmiş kreditlər təşkil edib.

Bununla yanaşı, keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 8,68% artaraq 5,269 mln. manat olub.

Hesabat dövründə bankın depozit portfeli 23,33% artaraq 40,776 mln. manata çatıb. Bu müddətdə əhalinin əmanətlərinin həcmi isə 27,273 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 37,91% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 16,54% artaraq 16,836 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,84% artaraq 13,447 mln. 32 min manat təşkil edib.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın gəlirləri 85,88% artaraq 10,107 mln. manata, xərcləri isə 90,6% artaraq 9,132 mln. manata çatıb.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 975 250 manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 4 filialı, 8 bankomatı, 49 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR