Ronald Reyqana qarşı 35 il əvvəl sui-qəsd törətmiş şəxs azadlığa buraxılıb

Ronald Reyqana qarşı 35 il əvvəl sui-qəsd törətmiş şəxs azadlığa buraxılıb
# 11 sentyabr 2016 05:31 (UTC +04:00)

Bakı-APA. 1981-ci ildə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqana qarşı sui-qəsd törətmiş Con Hinkli 35 ildən sonra ruhi xəstə olan məhkumlar üçün ciddi rejimli dispanserdən azadlığa buraxılıb.

APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, bu ilin iyulunda federal hakim 61 yaşlı Hinklinin özü və ictimaiyyət üçün artıq təhlükə yaratmadığına dair qərar verib.

Qərara əsasən, Con Hinkli Virciniya ştatının Uilyamsburq şəhərində yaşayan anasının evində məskunlaşmalı, mətbuat nümayəndələri ilə təmas qurmamalı, xüsusi icazə olmadan internetdən, sosial şəbəkələrdən istifadə etməməli, alkoqollu içkilər və narkotik vasitələr qəbul etməməlidir.

Qeyd edək ki, Con Hinkli 1981-ci ilin martın 30-da Ronald Reyqana qarşı sui-qəsd törədib. O, prezidentə yaxınlaşaraq tapançadan 6 dəfə atəş açıb. Hücum nəticəsində Ronald Reyqan sinəsindən ağır güllə yarası alıb, insident nəticəsində daha 3 nəfər yaralanıb. Məhkəmə prosesi zamanı onun ruhi xəstə olduğu sübuta yetirilib və o ruhi xəstələr üçün ciddi rejimli dispanserdə məcburi müalicəyə məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR