Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
# 01 iyul 2024 18:22 (UTC +04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının iqlim məsələləri üzrə qlobal direktoru Cemi Fergüsson ilə videokonfrans formatında görüş keçirib.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycanda keçiriləcək COP29 tədbiri, “yaşıl” keçid, sahibkarlığın inkişafı məsələləri nəzərdən keçirilib. Tərəflər COP29 çərçivəsində müəyyənləşdirilmiş hədəflər, iqlim maliyyəsi üzrə ümumi öhdəliklər və digər potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR