Ağdaş sakini özünü alma ağacından asıb

Ağdaş sakini özünü alma ağacından asıb
# 07 iyul 2014 08:39 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Rayon prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Ağdaşın Qəribli kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Cabbarov Vəli Savıxan oğlu yaşadığı evin həyətindəki alma ağacından özünü kəndirlə asaraq intihar edib. Vəli Cabbarov ruhi xəstəliyi ilə əlaqədar I qrup əlil olub.

Faktla bağlı Ağdaş rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR