Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə sakinləri qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə sakinləri qəbul edəcək
# 21 avqust 2014 07:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 29-da Gədəbəydə adıçəkilən rayonunun, həmçinin Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüş saat 10:00-da qurumun Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında baş tutacaq.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 326-00-08 (Gədəbəy rayon ƏSMM), (022) 305-34-82 (Şəmkir rayon ƏSMM), (022) 315-34-36 (Tovuz rayon ƏSMM), (022) 295-13-31 (Qazax rayon ƏSMM), (022) 225-22-42 (Ağstafa rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR