Nazir: «Sərnişin avtobusların kartla ödəniş sisteminə keçid hətta 1-2 il davam edə bilər»

Nazir: «Sərnişin avtobusların kartla ödəniş sisteminə keçid hətta 1-2 il davam edə bilər»
# 30 aprel 2013 10:38 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onu sözlərinə görə, bu sahədə tətbiq ediləcək plastik kartlar «MasterCard» ödəniş sisteminə aid olacaq.

Nazir bildirib ki, yeni ödəniş sistemi milli bank sisteminin işi ilə uzlaşmalı və bank əməliyyatları ilə təmin olunmalıdır. Hazırda bununla bağlı müvafiq qurumlar tərəfindən hazırlıq işləri aparılır və artıq may ayından etibarən yeni ödəniş sisteminə keçid başlanacaq: «Bu, uzun prosesdir, ola bilər ki, hətta 1-2 il davam etsin».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR