İyun ayında Azərbaycan sərhədçiləri 4 kq-dan çox narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıb

İyun ayında Azərbaycan sərhədçiləri 4 kq-dan çox narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıb
# 10 iyul 2014 13:13 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən iyun ayında 11 halda 4 kiloqram 326 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

İyunun 4-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış İran vətəndaşı Hüseyni Hüseyin Mircəlil oğlunun üzərində 2 kiloqram həşiş, 1 ədəd “Maqnum-200” markalı tapança, 1 ədəd mobil telefon, iyunun 10-da Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış Cəlilabad rayon sakini Əsədov Müşfiq Bəylər oğlunun üzərində 690 qram marixuana, “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Lənkəran rayon sakinləri Ramazanova Ayna Babacan qızının üzərində 105 qram, Hüseynova Mehriban Ağabala qızının üzərində 193,2 qram tiryək, Bakı şəhər sakini Fətullayeva Cəmilə Əlikram qızının və onun həyat yoldaşı Astara rayon sakini Fətullayev Rauf Elman oğlunun əl yüklərində xalçaya tikilmiş 265 qram heroin, Bakı şəhər sakini Bəşirov Pərviz Rüstəm oğlunun əl yükündə 950 qram marixuana aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR