Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
# 09 dekabr 2014 15:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçilib.


ARDNF-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı Azərbaycanda keçiriləcək MHŞT üzrə Qiymətləndirməyə dair təşkilati məsələlər, prosesin həyata keçirilməsi və bununla bağlı digər müddəalar müzakirə olunub.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR