Bu il Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 711 sahibkar cərimələnib

Bu il Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 711 sahibkar cərimələnib
# 12 dekabr 2014 11:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin 11 ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 711 müəssisənin sahibi inzibati qaydada cərimələnib.


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 225 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 240 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb, 153 sahibkar haqqında material inzibati orqanlara göndəırilib. .

İ. Abdullayev qeyd edib ki, ötən müddət ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6435 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 148-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 7399 nümunədən isə 103-də kənara çıxma aşkar olunub. Radioloji göstəricilərinə görə isə 186 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb edilib.

Ötən 11 ay ərzində şadlıq evlərindən 17901 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 229 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

10 soyuq qəlyanaltı nümunəsində normadan kənara çıxma aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR