Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Oktyabr - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2014 17:09 (UTC +04:00)

Bakı-APA. Bizim bir məsəlimiz var: Gedənin arxasınca danışmazlar... Mən də bu fikirdə idim... Hətta əksinə, zənnimcə günün əsas xəbərinin qəhrəmanını bir az da tərifləmək niyyətim vardı... Haqqını desək, doğrudan da Foqtsla bir sıra uğurlu nəticələrə imza atmışıq... Məsələn, bu vaxta qədər qrup oyunlarında millimiz ən çox xalı da onun rəhbərliyi ilə toplayıb... Amma alman mütəxəssisin istefa verdikdən sonra bəzi açıqlamaları məni bayaq dediyim fikirdən daşındırdı... Bir futbol azarkeşindən çox öz millisinin təəssübünü çəkən vətəndaş kimi... Bu açıqlamalardan birini deyəcəyəm... Berti Foqts açıqlamasında millini çalışdırdığı müddətdə futbolçuların fiziki hazırlığının onun istədiyi səviyyəyə çatmadığını bəhanə edir... Bu yerdə sual yaranır... Hörmətli Berti Foqts, işlədiyiniz uzun illərdə indi səsləndirdiyiniz bu çatışmazlığı düzəltməyə sizə nə mane olurdu...? Bilirsiniz, Azərbaycan yığmasına neçə müddət rəhbərlik etmisiniz...? Altı il altı ay və 0:6 hesabı ilə məğlubiyyət... Maraqlı rəqəmlərdir deyilmi...? Deyəsən şeytanın ayağını sındırırıq...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR