Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
# 03 iyul 2015 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarından söhbət açılıb.

Ötən il martında Əfqanıstanın paytaxtı Kabildə keçirilən Novruz sammitində Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevin iştirak etdiyini xatırladan Ə. Qarayev iki ölkə xalqlarını birləşdirən tarixi bağların, dini, mənəvi dəyərlərin olduğunu vurğulayıb.

Görüşdə bildirilib ki, Azərbaycanla Əfqanıstanın oxşar cəhətlərindən biri də çoxmillətli və çoxmədəniyyətli ölkələr olmasıdır.

Nazir Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələrinə Əfqanıstandan da ifaçıların dəvət edildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR