Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda iqtisadi artımla bağlı proqnoza yenidən baxıb.
“APA-Economics” BVF-nin “Dünya İqtisadi Proqnozu – 2018” adlı hesabatına istinadən xəbər verir ki, bu il Azərbaycanda iqtisadi artım 2% təşkil edəcək ki, bu da 2017-ci ilin oktyabrında dərc olunan “Dünya İqtisadi Proqnozu” hesabatındakı göstəricidən 0,7% çoxdur.
Hesabat müəllifləri 2019-cu ildə Azərbaycanda real ÜDM-in 3,9% artacağı proqnozlaşdırır. “Bu il Azərbaycanda inflyasiya 7%, 2019-cu ildə isə 6% təşkil edəcək. Bundan başqa, tədiyyə balansının bu il ÜDM-in 5,6%-nə, gələn il üçün isə 7%-nə bərabər olacağı gözlənilir,” – deyə hesabatda qeyd olunub.