Bank Of Baku

"Anglo Asian Mining"in Azərbaycan banklarına 18,9 mln. dollarlıq kredit borcu var

"Anglo Asian Mining"in Azərbaycan banklarına 18,9 mln. dollarlıq kredit borcu var
# 16 aprel 2018 14:00 (UTC +04:00)

2018-ci ilin aprelin 1-nə "Anglo Asian Mining" şirkətinin kreditlər üzrə borcu 10,4 mln. dollar təşkil edir.

 

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin saytında yer alan hesabatda qeyd edilib. Məlumata görə, I rübdə şirkətin kredit borcu 7,9 mln. dollar azalıb.   

 

Şirkətin "PAŞA Bank"a 17 mln. dollar, "Azərbaycan Beynəlxalq Bankı"na 0,9 mln. dollar, "Kapital Bank"a 1 mln. dollar, "Atlas Copco"ya 0,1 mln. dollarlıq kredit borcu var.

 

"Anglo Asian Mining" direktordan cəlb etdiyi vəsaiti "Paşa Bank"dan aldığı yenidən maliyyələşdirmə krediti hesabına tam bağlayıb.

 

Qeyd edək ki, şirkət Azərbaycanda 6 qızıl yatağında hasilat aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR