Bank Of Baku

TDT Mərkəzi Banklar Şurasının növbəti iclası gələn il Türkiyədə keçiriləcək

TDT Mərkəzi Banklar Şurasının növbəti iclası gələn il Türkiyədə keçiriləcək
# 05 iyun 2026 16:03 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Mərkəzi Banklar Şurasının növbəti iclası Türkiyədə keçiriləcək.

"APA-Economics" xəbər verir ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının ikinci toplantısı başa çatıb.

Azərbaycan Mərkəzi Bankının ev sahibliyi etdiyi tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın mərkəzi bank rəhbərləri, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının nümayəndələri iştirak ediblər.

Toplantıda qlobal və regional risklərə qarşı monetar siyasət tədbirləri, maliyyə sabitliyi və rəqəmsal maliyyə ekosistemlərinin inkişafı məsələləri müzakirə olunub.

Tədbirin yekununda tərəflər arasında əldə olunan razılaşmaları əks etdirən Kommunike imzalanıb. Şuranın üçüncü toplantısının 2027-ci ildə Türkiyədə keçiriləcəyi elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR