Bank Of Baku

İran Küveyt aeroportuna dron zərbəsi endirib: 1 nəfər ölüb, 60-dan çox yaralı var - FOTO - YENİLƏNİB-1

İran Küveyt aeroportuna dron zərbəsi endirib: 1 nəfər ölüb, 60-dan çox yaralı var - FOTO  - YENİLƏNİB-1
# 03 iyun 2026 15:43 (UTC +04:00)
0:00 / 0:00
80%

İranın Küveytin beynəlxalq hava limanına hücumu nəticəsində ümumilikdə 63 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Küveyt Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralananlar arasında hava limanının əməkdaşları və sərnişinlər də var.

Qeyd edək ki, daha əvvəl Küveyt Xarici İşlər Nazirliyi İranın hücumu nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.

***

13:03

İranın raket və pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi hücum nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

10:19

İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib və təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb.

APA xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, zərbələrdən sonra Küveytin Mülki Aviasiya Baş İdarəsi hava limanında fövqəladə vəziyyət planını işə salıb.

Bildirilir ki, hücum zamanı T1 terminal binası və bir sıra hava limanı infrastrukturu ciddi zərər görüb, xəsarət alanlar var.

Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb və alternativ hava limanlarına yönləndirilib.

Küveyt rəsmiləri vəziyyətin nəzarət altına alınması üçün tədbirlərin davam etdiyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR