Bank Of Baku

Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub
# 24 may 2018 16:01 (UTC +04:00)

Bu gün Dövlət Avtomobil Nəqliyyatı Xidmətində "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Qazaxıstan nümayəndə heyətinə "KazakhExport" ixracın sığortalanması şirkətinin idarə heyətinin sədri Ruslan İsakov rəhbərlik edib.

 

Görüş zamanı tərəflər arasında iqtisadi, ticarət və nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı sahəsində mövcud vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda, Qazaxıstanın nümayəndələri avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında dövlət tənzimlənməsi, Qazaxıstanda Çin və Koreya şirkətləri tərəfindən müştərək müəssisələrin yaradılması və eyni zamanda "Daewoo", "Hyundai" və "İveco" markalı avtobusların, həm də elektromobillərin istehsalı barədə təqdimatla çıxış edib.

 

R. İsakov sərnişin avtobusları parkının yenilənməsi sahəsində dövlət proqramlarının qəbulu və icrası, şəhərdaxili sərnişin daşınmasında vahid bilet sisteminin və elektron bilet satışının tətbiqi, taksi minik avtomobillərinin və operatorlarının idarə olunması, həmçinin onlara dövlət nəzarətinin həyata keçirilməsi qaydaları barədə məlumat verib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi H. Həsənov isə qeyd olunan məsələlərlə bağlı Azərbaycanda görülən və gələcəkdə nəzərdə tutulan tədbirlərə dair ətraflı məlumat verərək, belə görüşlərin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

 

O, nəqliyyat sisteminin qloballaşması prosesində beynəlxalq nəqliyyat daşımalarının hüquqi tənzimlənməsi, daşıma prosesi iştirakçılarının məsuliyyəti və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin qarşıda duran ən aktual məsələlər olduğunu qeyd edib.

 

 

Eyni zamanda, Azərbaycan Respublikasının nəqliyyat sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulduğunu vurğulayan H. Həsənov beynəlxalq öhdəliklərə əməl olunmasının ölkə daxilində aparılan hüquqi islahatların nəticəsi olduğunu vurğulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR