Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planları təsdiqlənib

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planları təsdiqlənib
# 05 iyul 2016 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planlarına dair qeydə əsasən şagirdlərin sayı 20 və daha çox olan siniflər bəzi fənlərin tədrisində iki qrupa bölünür. Bunlar tədris rus dilində aparılan VII-XI siniflərdə “Azərbaycan dili” (dövlət dili kimi) tədris dilindən asılı olmayaraq VII-XI siniflərdə xarici dil, “Fiziki tərbiyə”, texniki təmayüllü IX-XI siniflərdə “İnformatika” fənni üzrə praktik məşğələlər, VII-VIII siniflərdə ikinci xarici dil, “Texnologiya” fənləridir. Təmayül fənlərinin tədrisini səmərəli təşkil etmək məqsədilə tədris planlarında seçmə fənlərə, dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlar müəyyən qaydada istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR