“Azəri-Çıraq-Günəşli” yataqlarının gündəlik hasilatının həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” yataqlarının gündəlik hasilatının həcmi açıqlanıb
# 20 noyabr 2014 10:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında stabil hasilat davam edib.

Yataqların operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin üç rübündə AÇG-dən ümumi hasilat - “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə – gündə orta hesabla 655 700 barel və ya ümumilikdə 179 mln. barel, yəni təqribən 24,2 mln. ton təşkil edib.

Üçüncü rübün sonunda ümumilikdə AÇG-də 77 neft hasilat quyusu və 36 injektor quyusu istismarda olub.

Çıraqda 16 quyu istismarda olub (11 hasilat və 5 suvurma quyusu) və oradan orta hesabla gündə 63 600 barel neft hasil edilib. Belə ki, “Mərkəzi Azəri”də 24 quyu istismarda idi (17 hasilat, bir suvurma quyusu və 6 qaz injektor) və oradan gündə orta hesabla 169 600 barel hasilat əldə edilib.

“Qərbi Azəri”də 25 quyu istismarda idi (19 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla 159 600 barel neft hasil edilib. “Şərqi Azəri”də 15 quyu istismarda idi (11 hasilat və 4 suvurma quyusu) və oradan birinci rüb gündəlik orta hesabla 77 300 barel hasilat əldə edilib. “Dərinsulu Günəşli”də 28 quyu istismarda idi (14 hasilat və 14 suvurma quyusu) və oradan gündəlik orta hesabla 147 200 barel hasilat əldə edilib.

“Qərbi Çıraq”da beş quyudan gündəlik orta hesabla 38 400 barel hasilat əldə edilib.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli”də iştirak payları BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” 4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR