Tərtər rayonunda məcburi köçkünlər üçün yeni qəsəbənin salınmasına hazırlıq işləri aparılır

Tərtər rayonunda məcburi köçkünlər üçün yeni qəsəbənin salınmasına hazırlıq işləri aparılır
# 18 iyul 2014 10:50 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. “Bu il ərzində 4500-dən çox mənzil qaçqın və məcburi köçkün ailələrinin ixtiyarına veriləcək”. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu yeni salınan qəsəbədə aparılan işlərlə tanışlıq məqsədilə Ağdama səfər edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Komitə sədri bildirib ki, bu qədər evdə təxminən 25 min nəfər insanın məskunlaşması, rahat həyat tərzi keçirməsi mümkündür.

Ə. Həsənov qeyd edib ki, ölkə rəhbərinin tapşırığına əsasən hər il ölkədə məcburi köçkün ailələrinin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə 4000-dən çox yeni mənzil tikilir. Yaxın gələcəkdə Tərtər rayonu ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması nəzərdə tutulur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR