AMİP sədri: “Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya mitinq üçün yer ayırmamalıdır”

AMİP sədri: “Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya mitinq üçün yer ayırmamalıdır”
# 29 may 2015 12:31 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.

O, Milli Şuranın xarici qüvvələr tərəfindən idarə olunduğunu iddia edərək, AMİP-in bu mitinqdə iştirak etməyəcəyini bildirib.

Y. Bağırzadə Milli Şuranın rəsmi qeydiyyatdan keçmədiyini xatırladıb: “Mən bir məsələni anlaya bilmirəm, Bakı Şəhər İcra Hakimiyyəti rəsmi qeydiyyatda keçməyən bir təşkilatın mitinqlə bağlı müraciətinə niyə cavab verir? Mən hesab edirəm ki, qeydiyyatdan keçməyən təşkilata Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün yer ayırmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR