Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti üstünlük təşkil edəcək

Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti üstünlük təşkil edəcək
# 16 noyabr 2014 17:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı –APA. Noyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacaq. Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.


Gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.


Azərbaycanın bölgələrində arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR