Ukraynada məcburi köçkünlərin sayı 400 min nəfərə çatıb

Ukraynada məcburi köçkünlərin sayı 400 min nəfərə çatıb
# 10 oktyabr 2014 15:24 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukraynada məcburi köçkünlərin sayı 400 min nəfərə çatıb.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın insan hüquqları üzrə məsul nümayəndəsi Valeriya Lutkovskaya mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Krım və Donbass böhranına görə evindən didərgin olan Ukrayna vətəndaşlarının sayı hazırda 399 min 964 nəfər təşkil edir: “Heyrətedici məqam odur ki, hər sutka ərzində məcburi köçkünlərin sayı artmaqda davam edir. Xüsusilə də son bir sutka ərzində 10 min 400 nəfər məcburi köçkünə çevrilib”.

V.Lutkovksaya onu da əlavə edib ki, Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hazırda Krım və Donbass köçkünlərinin yerləşdirilməsi üçün bütün ölkə ərazisində cəmi 1210 obyekt qalıb. O, həmçinin parlamentin indiki tərkibində belə məcburi köçkünlər haqqında qanun qəbul etməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR