Azərbaycan Dövlət Filarmoniyasında Arif Məlikovun müəllif konserti olacaq

Azərbaycan Dövlət Filarmoniyasında Arif Məlikovun müəllif konserti olacaq
# 25 noyabr 2014 08:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Arif Məlikovun müəllif konserti keçiriləcək.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə əməkdar artist Adilə Əliyeva çıxış edəcək.

Proqramda A. Məlikovun ikinci və altıncı simfoniyası, “Metamorfozlar” simfonik poeması, Fortepiano və orkestr üçün konsert səslənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR