MTN-in Akademiyasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib

MTN-in Akademiyasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib
# 08 may 2015 13:07 (UTC +04:00)

Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, əvvəlcə nazir general-polkovnik Eldar Mahmudov başda olmaqla, MTN-in şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin və Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Akademiyada davam etdirilən tədbirdə çıxış edən nazir bildirib ki, Heydər Əliyevin anadan olduğu 10 may tarixi hər il ümumxalq bayramı kimi qeyd olunur.

Qeyd olunub ki, Heydər Əliyev hələ ötən əsrin 60-70-ci illərində Azərbaycanın gələcəyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlayıb. Heydər Əliyev təhlükəsizlik orqan­larının sı­ra­­­ların­da 25 ildən artıq müddətdə fəaliyyət göstərib. Onun səyi nəticəsində Azərbaycanda xüsusi xidmət sahəsinin bü­töv bir nəsli formalaşıb.

Eldar Mahmudov bildirib ki, Heydər Əliyev təhsilə xüsusi önəm verib. Onun təşəbbüsü ilə hələ SSRİ dövründə hər il yüzlərlə azərbaycanlı Moskva, Lenin­qrad, Kiyev kimi şəhərlərə ali təhsil almağa göndə­rilib, bugünkü Azərbaycanın kadr potensialının əsasları qoyulub.

Nazir deyib ki, Akademiyada yüksək təhsil üçün hərtərəfli və səmərəli şərait yaradılıb. Eldar Mahmudov Heydər Əliyevin təhlükə­siz­lik orqan­larında ya­rat­­dı­­ğı peşəkarlıq fəaliyyətini şərəflə davam etdirəcəklərini və Azərbaycanın qüdrətlənməsi, milli maraqların, mənafelərin və təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İl­ham Əliyevin etimadını doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını bildirib.

Sonra hərbi orkestrin müşayiəti ilə Akademiyanın kursantları təntənəli marşla tribunanın önündən addımlayıblar.

Təntənəli mərasim elmi konfransla davam etdirilmişdir. MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol heç də hamar olmayıb.

Tədbirin sonunda Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR